Qurban Qurbanov

Qurban Qurbanov
Qurban Qurbanov 2016-cı ildə
Qurban Qurbanov 2016-cı ildə
Ümumi məlumatlar
Tam adı Qurban Osman oğlu Qurbanov
Ləqəbi Xan[1][2]
Doğum tarixi
Doğum yeri Aşağı Tala, Zaqatala rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Boyu 177 sm
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub Azərbaycan Qarabağ
Vəzifəsi Baş məşqçi
Karyerası
Gənclik karyerası
1988 SSRİ Kür
1989 SSRİ Mertskali Ozurgeti
Klub karyerası[* 1]
1990–1991 SSRİ Daşqın 63 (23)
1991–1992 Alazani Qurcani 17 (4)
1992–1993 Azərbaycan Daşqın 39 (24)
1993–1995 Azərbaycan Turan 54 (20)
1995–1996 Azərbaycan Kür-Nur 12 (4)
1996–1998 Azərbaycan Neftçi 43 (43)
1998 Rusiya Dinamo (Stavropol) 36 (17)
1999 Rusiya Baltika 14 (1)
1999–2001 Rusiya Fakel 37 (10)
2001–2002 Azərbaycan Neftçi 14 (9)
2002 Rusiya Fakel Voronej 28 (7)
2003 Rusiya Volqar-Qazprom 21 (0)
2003–2005 Azərbaycan Neftçi 27 (14)
2005–2006 Azərbaycan İnter 3 (1)
Cəmi 420 (185)
Milli yığma[* 2]
2003 Azərbaycan Azərbaycan (21 yaşlılar)[3] 3 (3)
1992–2005 Azərbaycan Azərbaycan 64 (12)
Məşqçisi olduğu klublar
2006–2007 Azərbaycan Neftçi (Bakı)
2008—h.h. Azərbaycan Qarabağ (Ağdam)
2017–2018  Azərbaycan
Təltif və medalları
Azərbaycan Respublikasının əməkdar məşqçisi — 2011
"Şöhrət" ordeni — 2022
İmzası
İmza

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qurban Osman oğlu Qurbanov (13 aprel 1972[4][5], Aşağı Tala, Zaqatala rayonu) — Azərbaycan futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçi. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. 2017–2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olmuşdur.[6]

Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Dörd dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub.

1992–2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006–2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir. "Qarabağ" klubu ilə iki dəfə Azərbaycan Kubokunun qalibi olub, iki dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" ilk dəfə 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

  1. "Qurban Qurbanov "Xan" oldu – VİDEO". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
  2. "Qurban Qurbanov "Xan" oldu". 2015-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
  3. "Кубок чемпионов Содружества 2003". football.by (rus). 8 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2018.
  4. Gurban Gurbanov // Transfermarkt (çd.). 2000.
  5. Gurban Gurbanov // FBref.com (çd.).
  6. "Qurban Qurbanov istefa verdi – RƏSMİ + YENİLƏNİB". oxu.az (az.). 8 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2018.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy